AMEA-nın vitse-prezidenti: "Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində iş aparılır"

AMEA-nın vitse-prezidenti: "Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində iş aparılır" Bakı. 6 mart. REPORT.AZ/ Müasir Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində işlər aparılır.
Elm və təhsil
6 Mart , 2018 16:17
AMEA-nın vitse-prezidenti: Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində iş aparılır
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli / Report/ Elchin Murad

Bakı. 6 mart. REPORT.AZ/ "Müasir Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində işlər aparılır".

"Report" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Milli Terminoloji veb-portalının təqdimat mərasimində deyib.

O bildirib ki, Dilçilik İnstitutunda bir neçə lüğətin hazırlanması üzərində iş gedir: "Orfoqrafiya lüğətinin layihəsinin hazırlanması üzərində üç aydır iş gedir. Artıq işçi qrupu layihə üzərində son tamamlama işlərini görür".

İ.Həbibbəyli qeyd edib ki, Dilçilik İnstitutu həmçinin Orfoepiya və İzahlı lüğətlərin üzərində də işlər aparır.

Son xəbərlər

Orphus sistemi