Azərbaycan
AMEA-dan "Report"a verilən məlumata görə, akademiyada innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi önəm verildiyini qeyd edən akademik Ramiz Mehdiyev bu istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyətini vurğulayan AMEA prezidenti qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra YT Parkın direktoru, texnika elmləri doktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyəti, nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr, həmçinin perspektiv layihələr barədə məlumat verib. Qurumun əməkdaşlarından Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və başqaları rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxlar nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər barəsində danışıb, müvafiq təkliflərini səsləndiriblər.
Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər
Sonda akademik Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, eləcə də qurumun elmi əməkdaşlarına və mütəxəssislərinə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib.
Yüksək Texnologiyalar Parkında aparılan işlərin ölkədə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsi zəruri hesab edilib.