Yuxarı

Yaxın müddətdə AMEA-nın poliklinikasının tikintisinə başlanılacaq

AMEA prezidenti onu da əlavə edib ki, Alimlər şəhərciyinin inşasının bu il tamamlanması nəzərdə tutulur

Bakı. 14 yanvar. REPORT.AZ/ "Azərbaycanda gənc kadrlarla iş uğurlu olub. Bu gün Azərbaycan elmi və gəncliyi keçmiş illərdən fərqlidir". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan elmində bir qədər qocalma prosesi var: "Lakin ümid var ki, püxtələşən gənclər həmin alimləri əvəz etməyə hazırdır. Gənc alimlər ordusu yaranırsa, deməli onlar elmin qlobal miqyasda qabaqcıl istiqamətlərində  məşğul ola biləcəklər".

O, həmçinin deyib ki, Akademiyanın çoxdan arzuladığı poliklinikasının layihəsi hazırlanır: "Layihə bugünlərdə, yəni yanvar-fevral aylarında da yekunlaşsa, tikintiyə başlamaq olar".

A. Əlizadə qeyd edib ki, AMEA-nın Nizamnaməsinin yenilənməsi istiqamətində işlər görülür: "Bu gün yeni ştat vahidləri üzərində çalışmaq lazımdır".

AMEA prezidenti onu da əlavə edib ki, "Alimlər şəhərciyi"nin inşası yekunlaşmaqdadır və bu il tamamlanması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi