AMEA-nın Naxçıvan Bölməsində aparıcı vəzifələri tutmaq üçün seçkilər keçirilib

AMEA-nın Naxçıvan Bölməsində aparıcı vəzifələri tutmaq üçün seçkilər keçirilib Bakı. 5 fevral. REPORT.AZ/ AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin elmi-tədqiqat müəssisələrində şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün seçkilər keçirilib.
Elm və təhsil
5 Fevral , 2018 17:53
AMEA-nın Naxçıvan Bölməsində aparıcı vəzifələri tutmaq üçün seçkilər keçirilib

Bakı. 5 fevral. REPORT.AZ/ AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin elmi-tədqiqat müəssisələrində şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün seçkilər keçirilib.

AMEA-nın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat müəssisələrinin şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün mətbuatda dərc edilən elanla bağlı məlumat verib. 

O, elan üzrə 20 nəfərin müraciət etdiyini bildirib.

Daha sonra bölmənin elmi-tədqiqat müəssisələrində şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, üzvləri isə AMEA-nın müxbir üzvləri Əliəddin Abbasov və Vəli Baxşəliyev seçiliblər.

Səsvermənin nəticələrinə görə, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinə, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov həmin institutun Folklorşünaslıq şöbəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva Dilçilik şöbəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Ədəbiyyatşünaslıq şöbəsinə, Fəxrəddin Eylazov Əlyazmalar fondunun Əlyazmaların toplanılması şöbəsinə və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov isə Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri vəzifəsinə, 13 nəfər isə aparıcı və böyük elmi işçi vəzifələrinə seçiliblər.

Gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

İclasa yekun vuran akademik İsmayıl Hacıyev seçki yolu ilə seçilən şöbə müdirlərini, aparıcı və böyük elmi işçiləri təbrik edərək onlara müvafiq tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi