Yuxarı

AMEA-nın magistratura pilləsinə daxil olan ixtisasların sayı artırılıb

AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiqlənib

Bakı. 9 dekabr. REPORT.AZ/ AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiq edilib. "Report" xəbər verir ki, layihədə 15 ixtisas və 39 ixtisaslaşması üzrə 63 yer nəzərdə tutulub.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planı müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi