AMEA-nın işçisi “Elm” nəşriyyatına direktor təyin edilib

AMEA-nın işçisi “Elm” nəşriyyatına direktor təyin edilib Bakı. 16 yanvar. REPORT.AZ/ AMEA-nın “Elm” nəşriyyatına direktor təyinatı olub.
Elm və təhsil
16 Yanvar , 2019 15:31
AMEA-nın işçisi “Elm” nəşriyyatına direktor təyin edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ AMEA-nın “Elm” nəşriyyatına direktor təyinatı olub.

"Report" xəbər verir ki, bu vəzifəyə Səbuhi Qəhrəmanov təyin edilib.

S.Qəhrəmanov bu təyinata qədər AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidmətinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi