AMEA-nın institutlarının əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb

AMEA-nın institutlarının əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb Elmi müəssisələrdə direktor seçkiləri keçiriləcək
Elm və təhsil
20 Aprel , 2016 15:59
AMEA-nın institutlarının əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində direktor seçkiləri keçiriləcək. Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

AMEA Rəyasət Heyətinin aprelin 20-də keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə əlaqədar olub.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.

AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.

Qeyd edək ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.  

Son xəbərlər

Orphus sistemi