Yuxarı

AMEA-nın illik ümumi yığıncağının tarixi açıqlanıb

Tədbirdə AMEA-nın adlı mükafatları təqdim ediləcək

Bakı. 12 mart. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə Akademiyanın illik ümumi yığıncağının aprelin 29-da keçirilməsi qərara alınıb. "Report" xəbər verir ki, qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

İclasda bildirilib ki, ümumi yığıncaqda Akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması məsələləri müzakirə olunacaq. Həmçinin vurğulanıb ki, AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.

Yığıncaqda AMEA-nın institut, elmi müəssisə və digər təşkilatlarının fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərgi təşkil edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi