Yuxarı

AMEA-nın ilk veb-müxbiri Fəxri Diplom ilə təltif olunub

T.Rəhimova Elm və həyat jurnalının məsul katibidir

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.science.az saytının yaradılmasının 20 illik yubileyi münasibəti ilə AMEA-nın ilk veb-müxbiri Turan Rəhimova “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Turan Rəhimova 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalist kimi əmək fəaliyyətinə başlayıb, science.gov.az veb-portalının ilk müxbiri olub, həmçinin science.gov.az, ict.gov.az veb saytlarına xəbər və informasiyaların toplanması, emal olunması, foto-şəkillərin çəkilməsi və dizayn olunması ilə məşğul olub.

T.Rəhimova hazırda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsində rəis müavini vəzifəsində çalışır, "Elm və həyat" jurnalının məsul katibidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi