AMEA-nın idarə rəisi: "Yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir"

AMEA-nın idarə rəisi: "Yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir" Bakı. 22 noyabr. REPORT.AZ/ Təəssüf ki, Azərbaycanda ali təhsilli gənclər iş axtarsa da, özləri yeni iş yerləri yaratmırlar. Onlar təhsillərini başa vurduqdan sonra diplomlarını götürüb müəssisələrin qapılarına gedir və iş axtarırlar. 
Elm və təhsil
22 Noyabr , 2017 11:56
AMEA-nın idarə rəisi: Yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ "Təəssüf ki, Azərbaycanda ali təhsilli gənclər iş axtarsa da, özləri yeni iş yerləri yaratmırlar. Onlar təhsillərini başa vurduqdan sonra diplomlarını götürüb müəssisələrin qapılarına gedir və iş axtarırlar". 

"Report" xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

O bildirib ki, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir: "Bəzən onlar deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir".

Ə.Sadıqov elm sahəsində plagiatlığın da son dərəcə aktual olduğunu bildirib. O qeyd edib ki, bu sahədə etik normalar pozulur: "Çox asanlıqla bir alimin elmi tədqiqat işinin nəticələri istinad edilmədən, yeni elmi nəticə kimi verilir. Gənclərə tövsiyə edirəm ki, elmi işlərində yeni və köhnə elmi nəticələri qeyd etsinlər. Özlərinin kiçik elmi nəticələri olsa belə onu qeyd etsinlər".

Son xəbərlər

Orphus sistemi