AMEA-nın institutu Müdafiə Sənayesi Nazirliyinə birgə fəaliyyət proqramı təklif edib

AMEA-nın institutu Müdafiə Sənayesi Nazirliyinə birgə fəaliyyət proqramı təklif edib Təklif xüsusi təyinatlı sürtkü materiallarının yaradılması və istehsalının təşkili ilə bağlıdır
Elm və təhsil
30 Yanvar , 2017 15:08
AMEA-nın institutu Müdafiə Sənayesi Nazirliyinə birgə fəaliyyət proqramı təklif edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müasir tələblərə, standartlara cavab verən müxtəlif təyinatlı motor, transmissiya, hidravlik və digər sürtkü yağlarının hazırlanması və istehsalının təşkili istiqamətində intensiv elmi-tədqiqat işləri aparılır.

İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, yaradılan sürtkü materiallarının istehsalı müasir standartlara uyğun texnoloji qurğulara malik AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilir. 

Akademik qeyd edib ki, sürtkü materialları strateji materiallar sırasına daxildir və müharibə şəraitində olan Azərbaycan üçün bu materialların, ilk növbədə, xüsusi təyinatlı sürtkü materiallarının ölkədə istehsalının təşkili ən aktual problemlərdəndir: “Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, ötən il 16 adda sürtkü materialının texniki şərtləri işlənilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib. Hazırda Təcrübə-Sənaye Zavodunda istehsal olunan sürtkü materialları respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edilir”.

Akademik vurğulayıb ki, rəhbərlik etdiyi institut xüsusi təyinatlı sürtkü materiallarının yaradılması və istehsalının təşkili ilə bağlı Müdafiə Sənayesi Nazirliyinə birgə fəaliyyət proqramı təklif olunub.

Son xəbərlər

Orphus sistemi