Yuxarı
    Bağlamaq

    AMEA-nın həqiqi və müxbir üzvlərinin sayı açıqlanıb

    Hazırda Azərbaycanda müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərir

    Bakı. 24 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanda müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərir.

    Dövlət Statistika Komitəsindən “Report”a verilən xəbərə görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçılardır.

    Məlumata görə, mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.

    Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

    Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 60 həqiqi və 108 müxbir üzvü var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi