AMEA-nın Aşqarlar Kimyası İnstitutu "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçirəcək

AMEA-nın Aşqarlar Kimyası İnstitutu "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçirəcək Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan Ən yaxşı elmi məruzə adlı müsabiqə keçiriləcək.
Elm və təhsil
5 Aprel , 2018 20:51
AMEA-nın Aşqarlar Kimyası İnstitutu Ən yaxşı elmi məruzə adlı müsabiqə keçirəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçiriləcək.

Bu barədə “Report”a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

5 aprel-15 may tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər. Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi