Yuxarı

AMEA Əlyazmalar İnstitutunun direktoru Osmanlı Arxivində olub

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Yazma Əsərlər Qurumu Başqanlığını, Süleymaniyyə Kitabxanasını ziyarət ediblər

Bakı. 9 fevral. REPORT.AZ/ AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və institutun bir qrup alimi Qafqaz Müsəlmanları İdarəsinin və Zaqatala Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə birgə Türkiyədə səfərdə olublar. Bu barədə "Report"a institutdan məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Yazma Əsərlər Qurumu Başqanlığını, Süleymaniyyə Kitabxanasını və Osmanlı Arxivini ziyarət edib, görülən işlərlə tanış olublar.

Yazma Əsərlər Qurumunun nəzdində Kitab Şəfaxanası yaradılıb. Əsərlərin təmizlənməsi, cildinin bərpası və bu kimi işlər burada aparılır.

Osmanlı Arxivi müdirinin müavini, professor Mustafa Budak 96 milyondan çox arxiv materialının burada qorunduğunu bildirib. Onun sözlərinə görə, bu materiallarının rəqəmsallaşdırılması davam edir. İndiyə qədər çəkilən sənəd fotolarının sayı 10 milyonu ötüb. Burada aparılan bərpa işləri ən müasir avadanlıq vasitəsilə davam etdirilir.

Konya Bölgə Yazma Əsərlər Kitabxanasının müdiri Bəkir Şahin kitabxana və görülən işlər barədə məlumat verib. Azərbaycan nümayəndə heyəti kağızın təmizliyi, bərpası, kağızlarda meydana gələn xəstəliklər, o cümlədən cildləmə barəsində təcrübə mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi