Yuxarı

​AMEA-da yeni kadr təyinatları olub - SİYAHI

AMEA Rəyasət Heyətinin bugünkü iclasında müvafiq qərarlar qəbul edilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları həyata keçirilib. “Report” xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında müvafiq qərarlar qəbul olunub.

Belə ki, akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramov AMEA-nın Fizika İnstitutunun İnnovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə AMEA-nın Fizika İnstitutunun elmi katibi təyin edilib.

Bundan əlavə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına da yeni təyinatlar olub. Fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini (ictimai əsaslarla), Vaqif Xəlilov isə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi vəzifəsinə təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi