AMEA-da test suallarına nəzarət edən Ekspert Komissiyasının ilk iclası keçirilib

AMEA-da test suallarına nəzarət edən Ekspert Komissiyasının ilk iclası keçirilib Test tapşırıqlarının hansı üsulla qiymətləndiriləcəyi yalnız Ali Attestasiya Komissiyasının cavabından sonra məlum olacaq
Elm və təhsil
16 Oktyabr , 2015 17:53
AMEA-da test suallarına nəzarət edən Ekspert Komissiyasının ilk iclası keçirilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyətində doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılan Ekspert Komissiyasının ilk iclası keçirilib. AMEA-dan "Report"a verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti, Ekspert Komissiyasının sədri İbrahim Quliyev deyib ki, əsas məqsəd imtahanlar üçün müvafiq ixtisas fənləri üzrə tərtib edilən test suallarını müzakirə etməkdir.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov bildirib ki, test sualları akademiyanın müvafiq elmi bölmələrinə təqdim edilib: "Test sualları elmi bölmələrdə müzakirə olunub və bölmə bürosunun müvafiq qərarı ilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilib".

O əlavə edib ki, AMEA prezidentinin sərəncamına görə, Ekspert Komissiyası tərəfindən müvafiq institutların tərtib etdiyi test suallarının tədris proqramlarını tam əhatə etməsi, elmi-metodiki tələblərə cavab verməsi, dürüstlüyü, bütövlükdə test standartlarına uyğunluğu bir həftə müddətində müəyyənləşdirilməli və müvafiq rəy hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməlidir: "Test suallarının təhlili zamanı mübahisə doğuran suallar geniş müzakirə olunmalı və komissiya öz tövsiyələrini hazırlamalıdır". 

Ə.Sadıqov test tapşırıqlarının hansı üsulla qiymətləndiriləcəyi məsələsinə də toxunub. O, yalnız Ali Attestasiya Komissiyasının cavabından sonra son qərarın veriləcəyini bildirib.

Tədbirdə, həmçinin test üsulu ilə keçiriləcək imtahanların müddəti, testlərin sayı, sadə və ya mürəkkəblik dərəcəsi kimi məsələlər ilə bağlı müzakirələr aparılıb, imtahanların müddəti müvəqqəti olaraq 2 saat kimi müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi