Yuxarı

Akif Əlizadə: "AMEA-da patent xidmətinin təşkili ilə bağlı təcrübə kifayət qədər yoxdur"

Müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır

Bakı. 9 mart. REPORT.AZ/ "İngilis dilini öyrənmək müasir dövrün ən böyük tələblərindən biridir. Akademiyanın institutlarında bu məqsədlə dil kurslarının təşkili vacibdir". "Report"un məlumatına görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə elmi müəssisələrin Direktorlar Şurasının növbəti iclasında deyib.

O bildirib ki, Akademiyada keçirilən beynəlxalq səviyyəli konfranslar zamanı azərbaycanlı alim və mütəxəssislər öz elmi nəticələrini ingilis dilində təqdim etməyi bacarmalıdırlar.

Eyni zamanda, A.Əlizadə AMEA-da patent xidmətinin təşkili ilə bağlı danışarkən deyib ki, bu sahədə təcrübə kifayət qədər yoxdur: "Müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır. Akademiyada bu məqsədlə yaradılmış şöbənin əsas fəaliyyəti də məhz patent xidmətini təkmilləşdirməkdir".

Tədbirdə o da qeyd olunub ki, Alimlər evinin açılışı ilə bağlı mərasim martın 17-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi