AMEA-da elmi müəssisələr və innovasiya fondu yaradılacaq

AMEA-da elmi müəssisələr və innovasiya fondu yaradılacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla fundamental, eksperimental və tətbiqi tədqiqatlar aparan, elmi tədqiqat işlərinin tətbiqini təmin edən elmi müəssisələr yaradacaq.
Elm və təhsil
10 Aprel , 2020 15:04
AMEA-da elmi müəssisələr və innovasiya fondu yaradılacaq
0 : 00
0 : 00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla fundamental, eksperimental və tətbiqi tədqiqatlar aparan, elmi tədqiqat işlərinin tətbiqini təmin edən elmi müəssisələr yaradacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, AMEA fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına innovasiya fondu yarada biləcək.

Son xəbərlər

Orphus sistemi