AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib Bakı. 21 fevral. REPORT.AZ/ AMEA Mərkəzi Elmi Kitabxanada 2017-2018-ci il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib. 
Elm və təhsil
21 Fevral , 2018 15:50
AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib
AMEA

Bakı. 21 fevral. REPORT.AZ/ AMEA Mərkəzi Elmi Kitabxanada 2017-2018-ci il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib. 

Bu barədə "Report"a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və imtahanların qəbulu məqsədilə yaradılmış komissiya imtahanın gedişatı ilə tanış olub. Komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları - Əbülhəsən Abbasov, Fərman İsmayılovdur.

Öncə akademik Akif Əlizadə elmi tədqiqatçılarla tanış olaraq onlara imtahanda uğurlar arzulayıb. Alim bu gənclərin gələcəkdə AMEA-nın yüksəkixtisaslı, peşəkar kadrlarına çevriləcəyinə əminliyini ifadə edib. Hər birinə elmi mühitdən yararlanmağı tövsiyə edib, onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev imtahanda iştirak edən tədqiqatçılara elmi fəaliyyətlərinə dair tövsiyələrini verib. Bildirib ki, gənclərin hər biri araşdırma apardığı sahəyə müvafiq olaraq AMEA-nın müvafiq institut və təşkilatlarında öz fəaliyyətlərini davam etdirə bilərlər.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanları AMEA üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib. Cari ildə fəlsəfə doktoru üzrə doktoranturaya 115 yer ayrılıb. 19-21 fevral tarixlərini əhatə edən imtahanlarda, ümumilikdə, 187 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi