AMEA "Azərsu" ASC ilə birgə əməkdaşlıq edəcək

AMEA "Azərsu" ASC ilə birgə əməkdaşlıq edəcək Bununla bağlı iki qurum arasında niyyət sazişi imzalanıb
Elm və təhsil
22 Aprel , 2015 19:16
AMEA Azərsu ASC ilə birgə əməkdaşlıq edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində "Azərsu" ASC-nin rəhbərliyi ilə görüş keçirilib.

AMEA-dan "Report"a verilən məlumata görə, tədbiri AMEA prezidenti, akademik Akif Əlizadə açaraq görüşün əhəmiyyətindən danışıb.

O bildirib ki, tədbirin məqsədi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Akademik ölkədə su problemlərinin araşdırılması, həlli yolları və bu istiqmətdə texnologiyaların işlənib hazırlanması, həmçinin tətbiqi üzrə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.

Sonra "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat verib. AMEA-nın potensialından danışan qurum rəhbəri vurğulayıb ki, dünyada texnologiyalar sürətlə inkişaf edir və bu texnologiyaların özəyində alimlər durur. O, əməkdaşlığın səmərəli olacağına inamını bildirib.

Sonda AMEA və "Azərsu" ASC arasında "Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair" niyyət sazişi imzalanıb. Bu sənəd çərçivəsində müvafiq istiqamətlərdə birgə layihələrin işlənməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi