Yuxarı

AMEA: Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır

AMEA: Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır
© Report/Firi Salim — AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu

Bakı. 18 yanvar. REPORT.AZ/ "Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır".

Bunu "Report"a müsahibəsində AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib.

O deyib ki, Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiq etməsini gözləyirlər: "Lüğət 2019-cu ilin ortasına kimi nəşr olunacaq. Lüğətdə azı 115 min söz olacaq. Köhnə lüğətdən olan bəzi sözlər yeni lüğətə salınmayıb. Bu lüğətə çoxlu yeni söz əlavə olunub".

Qeyd edək ki, Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini oktyabr ayında Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni Orfoqrafiya qaydaları qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi