AMEA: “Alimlər şəhərciyi”ndə akademiyanın yataqxanasında qeydiyyatda olanlar və təhsil işçiləri də mənzil ala biləcəklər

AMEA: “Alimlər şəhərciyi”ndə akademiyanın yataqxanasında qeydiyyatda olanlar və təhsil işçiləri də mənzil ala biləcəklər Bakı. 30 aprel. REPORT.AZ/ Abşeron rayonu Saray qəsəbəsində salınan Alimlər şəhərciyi yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.
Elm və təhsil
30 Aprel , 2018 10:24
AMEA: “Alimlər şəhərciyi”ndə akademiyanın yataqxanasında qeydiyyatda olanlar və təhsil işçiləri də mənzil ala biləcəklər
AMEA / Report

Bakı. 30 aprel. REPORT.AZ/ Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bundan başqa, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

Qeyd edək ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

“Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi