​Almaniyanın Humboldt Universitetinin azərbaycanlı doktorantı Bakıda məruzə edəcək

​Almaniyanın Humboldt Universitetinin azərbaycanlı doktorantı Bakıda məruzə edəcək İlmar Qəhrəmanov tənliklərin yeni həll metodlarından danışacaq
Elm və təhsil
28 Sentyabr , 2015 10:38
​Almaniyanın Humboldt Universitetinin azərbaycanlı doktorantı Bakıda məruzə edəcək

Bakı. 28 sentyabr.REPORT.AZ/ Sentyabrın 30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda azərbaycanlı, Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanov “Yanq–Bakster tənliyinin həlli” mövzusunda məruzə edəcək. “Report”un məlumatına görə, məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etməkdir.

Məruzə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri ətrafında olacaq. Daha sonra Yanq–Bakster tənliyinin yeni həlləri təqdim ediləcək. Həmçinin Yanq–Bakster tənliyi və riyaziyyatın digər sahələri arasındakı əlaqələrdən danışılacaq.

Son xəbərlər

Orphus sistemi