​Almaniyalı professor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində mühazirə oxuyub

​Almaniyalı professor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində mühazirə oxuyub O, Azərbaycan və Almaniya multikulturalizmi modellərinin spesifik cəhətlərindən bəhs edərək müqayisəli təhlil aparıb
Elm və təhsil
11 Mart , 2016 21:12
​Almaniyalı professor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində mühazirə oxuyub

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Auqsburq Universitetinin professoru Klaus Volf Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Almaniya multikulturalizmi: dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Alim və mütəxəssislərin qatıldığı tədbirdə professor Almaniyada multikultural ənənələrin keçmişindən və hazırkı durumundan söz açıb, doğma şəhəri Auqsburqda müxtəlif dinlərin və xristianlığın fərqli təriqətlərinin daşıyıcılarının əsrlərdir birgə, yanaşı yaşadığını vurğulayıb.

Professor Azərbaycan və Almaniya multikulturalizmi modellərinin spesifik cəhətlərindən bəhs edərək müqayisəli təhlil aparıb. 

Son xəbərlər

Orphus sistemi