Almaniyalı professor ADNSU-da olub

Almaniyalı professor ADNSU-da olub İkitərəfli əməkdaşlıq nəticəsində ali təhsil müəssisəsinin 60 tələbəsi Zigen Universitetində oxuyur
Elm və təhsil
22 Fevral , 2016 19:00
Almaniyalı professor ADNSU-da olub

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Almaniyanın Zigen Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, professor Ulrix Eberxart Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. 

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, almaniyalı qonağı rektor, professor Mustafa Babanlı qəbul edib. Görüşdə ADNSU və Zigen universitetləri arasında qurulan dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində irəli sürülən səmərəli təkliflər paketi müzakirə olunub.

U.Eberxart ADNSU ilə 26 il əvvəl qurulan əlaqələri xatırlayaraq, gördüyü ən yaxşı işlərin məhz bu universitetlə bağlı olduğunu bildirib. O, Azərbaycana rəğbətini burada olan universitetlərdə savadlı, istedadlı gənclərin, mütəxəssislərin olması ilə əlaqələndirib. Qonaq Azərbyacana, ADNSU-ya səfərini evinə gəlmiş kimi təsəvvür etdiyini vurğulayıb. O, ADNSU ilə qurulan əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib.

ADNSU professoru Rafiq Əliyev universitetin tələbələrinin Zigen Universitetində təhsil almaları üçün qurulan ilkin əlaqələrdən danışıb və hazırda həmin ali təhsil universitetində 60-dan çox tələbələrinin uğurla təhsil aldığını qeyd edib. Zigen Universitetində Azərbaycandan olan tələbələrin 80 faiz nəticə topladığı qeyd olunub.

Görüşdə ADNSU-da bakalavr, magistr, post doktorant pilləsində təhsil alan tələbələrin Zigen Universitetinə göndərilməsi ilə yanaşı, həmçinin həmin universitetdən tələbələrin ADNSU-ya göndərilməsi məsələsi önə çəkilib. Eyni zamanda tədqiqat əlaqələrin genişlənməsi, birgə doktorluq işlərinin hazırlanması və s. səviyyələrdə əməkdaşlığın aparılması yönündə qarşılıqlı razılaşmalar əldə olunub.

Rektor Mustafa Babanlı Zigen Universitetinin rəhbərini ADNSU-ya dəvət edib. Eyni zamanda, Zigen Universiteti ilə qurulan 26 illik dostluq və əməkdaşlıq əlaqələrini dəstəklədiyini bəyan edərək, bu münasbətlərin uzun illərə daşınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüş zamanı ikili diplomların tanınması məsələsi, gələcəkdə tədrisin yeni standartlara uyğun aparılmasına əsaslanaraq ixtisas adlarının müəyyən edilməsi və s. məsələlərlə bağlı bir sıra nüanslara toxunub.

Son xəbərlər

Orphus sistemi