Alimlərə qızıl medalların təqdim olunmasının vaxtı müəyyənləşib

Alimlərə qızıl medalların təqdim olunmasının vaxtı müəyyənləşib Akademiyanın adlı mükafatlarına təqdimatlar barədə elan veriləcək
Elm və təhsil
14 Yanvar , 2015 16:39
Alimlərə qızıl medalların təqdim olunmasının vaxtı müəyyənləşib

Bakı. 14 yanvar. REPORT.AZ/ "Bu yaxınlarda 2014-cü ilin yekunlarına əsasən, Akademiyanın adlı mükafatlarına təqdimatlar barədə elan veriləcək. Bu il də nailiyyət əldə edən alimlərə adlı mükafatlar veriləcək. Adlı mükafatlar verilərkən namizədlərin nəticələri çox ciddi müzakirə olunacaq. Yalnız bundan sonra mükafatlar alimlərə təqdim olunacaq". "Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademik çıxışı zamanı bildirib ki, AMEA-nın qızıl medalları alimlərə aprel ayında təqdim ediləcək: "Ötən il ilk dəfə olaraq Azərbaycanın görkəmli alimlərinin adına mükafatlar təsis edilib. AMEA tərəfindən alimlər üçün "Qızıl medal" da təsis olunub. Bu medal bir azərbaycanlı və bir əcnəbi olmaqla iki alimə veriləcək. Bu ilin aprel ayında Rəyasət Heyətinin ümumi yığıncağında qızıl medallar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək. Bu medallar RH tərəfindən təsdiq olunan alimlərə veriləcək".

Son xəbərlər

Orphus sistemi