“Alimlər şəhərciyi”ndə ilk binanın 7-ci mərtəbəsində işlər yekunlaşıb

“Alimlər şəhərciyi”ndə ilk binanın 7-ci mərtəbəsində işlər yekunlaşıb Bakı. 23 noyabr. REPORT.AZ/ AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev və İşlər idarəsinin müdiri Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar.
Elm və təhsil
23 Noyabr , 2018 15:14
“Alimlər şəhərciyi”ndə ilk binanın 7-ci mərtəbəsində işlər yekunlaşıb
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev və İşlər idarəsinin müdiri Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar.

Akademiyadan "Report"a bildirilib ki, AMEA rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib. 

Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. 

Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb və yaxın günlərdə səkkizinci mərtəbənin inşasına başlanılacaq. 

AMEA prezidenti, akademik Akif Əlizadə inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, mənzillərin ipoteka yolu ilə satışının təşkili məqsədilə ölkə başçısına müraciət olunub.

Son xəbərlər

Orphus sistemi