Ali təhsil müəssisələrində gənc tədqiqatçılarla bağlı xüsusi proqram hazırlanacaq

Ali təhsil müəssisələrində gənc tədqiqatçılarla bağlı xüsusi proqram hazırlanacaq "Özəl təhsil müəssisələri də bu təşəbbüsə könüllü şəkildə qatıla bilərlər"
Elm və təhsil
7 Aprel , 2015 14:48
Ali təhsil müəssisələrində gənc tədqiqatçılarla bağlı xüsusi proqram hazırlanacaq

Bakı. 7 aprel. REPORT.AZ/ "Təhsil Nazirliyinin müvafiq şöbələrinə ali təhsil müəssilərində gənc tədqiqatçıların rolunun və sayının artırılmasına dair xüsusi proqramın hazırlanması tapşırılıb". "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Doktorantların və Gənc tədqiqatçıların XIX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, proqramın hazırlanmasında əsas məqsəd nazirliyin tərkibində fəaliyyət göstərən təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməkdir: "Təhsil Nazirliyi öz resurslarından istifadə edərək belə bir təşəbbüsü dəstəkləməlidir. Özəl təhsil müəssisələrinə gəldikdə, onlar da bu təşəbbüsə könüllü şəkildə qatıla bilərlər. Bununla da gənc tədqiqatçıların sayını artırmaq mümkün olacaq".

O, həmçinin qeyd edib ki, bu tədris ilindən AMEA-nın müvafiq institutlarının bazasında magistr hazırlığı proqramına başlanılması nəzərdə tutulub: "Ümumi təhsil səviyyəsində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən liseylərin birinin himayəçi funksiyası AMEA-ya veriləcək. Bütün bunlar elm və təhsilin vəhdətini təşkil etmək məqsədinə xidmət edən təşəbbüslərdir".

Son xəbərlər

Orphus sistemi