Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”

Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub” Bakı. 2 noyabr. REPORT.AZ/ “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”.
Elm və təhsil
2 Noyabr , 2018 15:29
Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”. 

“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz “Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb. 

A.Əlizadə vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: "Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb".

Son xəbərlər

Orphus sistemi