Yuxarı

Akif Əlizadə: "AMEA-nın magistratura pilləsi üçün bina ayrılacaq"

“Akademiyada gənclərin təhsil almasına marağın daha da artması üçün şərait yaradılmalıdır

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Akademiyada gənclərin təhsil almasına marağın daha da artması üçün şərait yaradılmalıdır”. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, AMEA üçün magistratura pilləsi çox mühüm və vacib addımdır: “Akademiyanın magistratura pilləsi universitetlərin magistraturasından fərqli olmalıdır, elmə yönəlmiş olmalıdır. Akademiyada gənclərin təhsil almasına marağın daha da artması üçün şərait yaradılmalıdır. Hazırda AMEA-da gənclərin magistratura təhsili almağa marağı böyükdür. Hətta bəzi universitet rektorları AMEA-nın magistrları onların əlindən aldığımıza görə bizdən inciyir. Təbii ki, bu, şəraitdən asılıdır. Bu tədris ilində Akademiyada magistratura pilləsinə 63 yer ayrılmışdı, 56 yerə magistr qəbulu həyata keçrilib, 7 yer isə boş qalıb. Növbəti tədris ilində AMEA-nın institutları magistratura pilləsi üçün 200 yer ayrılmasına hazır olduqlarını bildiriblər. Amma düşünürəm ki, bu rəqəm Akademiya üçün çoxdur”.

A.Əlizadə qeyd edib ki, AMEA magistr pilləsində təhsil alan gən­clərin üçdə bir hissəsini elmi kadr kimi saxlasa, gələcəyi üçün uğurdur.

AMEA prezidenti vurğulayıb ki, gələcəkdə Akademiyanın magistratura pilləsi üçün binanın ayrılması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi