Yuxarı

Akif Əlizadə: “AMEA 70 illik yubileyə yüksək səviyyədə hazırlaşır”

“Diqqət və qayğı bizə imkan verir ki, gələcəkdə də ardıcıl islahatlarımızı uğurlu şəkildə davam edək”

Bakı. 6 noyabr. REPORT.AZ/ “Dünən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində 100-ə qədər alimi dövlət mükafatları ilə təltif olunub. Buna görə də bütün kollektiv adından dövlət başçısı İlham Əliyevə təşəkkür edirik. Bu diqqət və qayğı bizə imkan verir ki, gələcəkdə də ardıcıl islahatlarımızı uğurlu şəkildə davam edək”. “Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiyanın yubileyinə hazırlıq işləri haqqında məlumat verən A.Əlizadə bildirib ki, sənədli filmlər hazırlanıb, nəşrlər çap olunub, eləcə də bir sıra vacib layihələr həyata keçirilib: “Bir sözlə, AMEA yubileyə yüksək səviyyədə hazırlaşır”.

O, dəqiq tarix açıqlamasa da, yubileyin yaxın günlərdə keçiriləcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi