Yuxarı
    Bağlamaq

    Akademik: "Orfoqrafiya qaydaları layihəsindəki bəzi təkliflər qəbul olunsa büdcədən xeyli vəsait gedəcək"

    © Report/ Elchin Murad — Dövlət Dil Komissiyasının üzvü, deputat, akademik Nizami Cəfərov

    Bakı. 20 fevral. REPORT.AZ/ "Orfoqrafiya qaydaları layihəsində əksini tapan bəzi təkliflər qəbul olunsa, dövlət büdcəsindən xeyli vəsait gedəcək".

    "Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, deputat, akademik Nizami Cəfərov deyib. 

    O bildirib ki, iki "y" hərfi ilə yazılan sözlərin bir "y" ilə yazılması təklifi qəbul olunsa bir neçə nazirlik adını dəyişməli olacaq: "Məsələn, Ədliyyə, Maliyyə nazirlikləri. Bu iki nazirliyin adı dəyişsə nə qədər sənəd dəyişməli olacaq ki, bu da büdcədən xeyli vəsaitin getməsinə səbəb olacaq".

    N.Cəfərov bildirib ki, Ana dilini tərifləmək yox, gözəl danışıb, gözəl yazmağı bacarmaq lazımdır: "Bu gün dilin əsas problemlərindən biri texniki məsələlərlə bağlıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi