Azərbaycanda dörd ali məktəb rektoru vəzifəsindən azad edilib

Azərbaycanda dörd ali məktəb rektoru vəzifəsindən azad edilib Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Elm və təhsil
24 Noyabr , 2015 19:02
Azərbaycanda dörd ali məktəb rektoru vəzifəsindən azad edilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ağacan Qulam oğlu Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla A.Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Bundan başqa, Prezidentin sərəncamı ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad olunub.

Həmçinin, Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad olunub.

Qeyd edək ki, hər dörd şəxs V çağırış Milli Məclisin deputatı seçilib.

Son xəbərlər

Orphus sistemi