ADU-da “Təcrübədən əvvəl təcrübə” layihəsi gerçəkləşdiriləcək

ADU-da “Təcrübədən əvvəl təcrübə” layihəsi gerçəkləşdiriləcək Layihəyə sentyabr ayından start verilməsi planlaşdırılır
Elm və təhsil
31 İyul , 2017 21:00
ADU-da “Təcrübədən əvvəl təcrübə” layihəsi gerçəkləşdiriləcək

Bakı. 31 iyul. REPORT.AZ/ 2017-18-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək. 

ADU-nun İnformasiya Departamentindən "Report"a verilən məlumata görə, universitetdə təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək. “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar. Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.

Qeyd edək ki, layihəyə sentyabr ayından start verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi