Yuxarı

ADU-da Hindistan Konstitusiyasının banisinin anadan olması ildönümünə həsr olunmuş tədbir keçirilib

Tədbir zamanı ADU-nun tələbələrinə səfirlikdən mükafatlar təqdim olunub

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Hindistan Konstitusiyasının banisi hesab olunan doktor Bhimrao Ramci Ambedkarın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, tədbirdə Bhimrao Ramci Ambedkarın ruhu bir dəqiqəlik sükutla yad edilib və Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananın iştirakı ilə lampa yandırılıb.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetdə 22 dilin tədris olunduğunu qeyd edən professor onların sırasında hind dilinin olduğunu da vurğulayıb. O, Hindistan mərkəzinin fəaliyyətindən də söz açıb və tələbələrin Hindistanın tarixini, mədəniyyətini, iqtisadiyyatını maraqla öyrəndiklərini vurğulayıb. Çıxışının sonunda professor Dünyamin Yunusov səfirliklə universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Sanjay Rana Hindistan Konstitusiyasının banisi hesab edilən B.R. Ambedkar haqqında iştirakçılara məlumat verən səfir onun bütün həyatı boyu aşağı kastalar, qadınlar və işçilər də daxil olmaqla cəmiyyətin daha zəif təbəqələrinin hüquqlarının qorunması üçün çalışdığını söyləyib.

Sonra Bhimrao Ramci Ambedkarın həyatından bəhs edən qısa film nümayiş olunub.

Sonda Hindistanın Azərbaycandakı səfirliyinin “B.R. Ambedkarın Hindistan Konstitusiyasının hazırlanmasında və qadınlara bərabər hüquqlar verilməsində rolu” mövzusunda elan etdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. ADU-nun səkkiz tələbəsi də qaliblər arasında olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi