​ADU-da Beynəlxalq Çin dili Günü qeyd edilib

​ADU-da Beynəlxalq Çin dili Günü qeyd edilib Universitetdə “Çin dili: linqvogeoqrafiya və siyasət” mövzusunda elmi seminar keçirilib
Elm və təhsil
19 Aprel , 2016 19:42
​ADU-da Beynəlxalq Çin dili Günü qeyd edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Çin dili Gününə həsr olunmuş “Çin dili: linqvogeoqrafiya və siyasət” mövzusunda elmi seminar keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə,  Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov müasir “Çin dilli dünya”, “Çində dil siyasəti”, “Çin - İslam dili kontaktları” mövzularında danışaraq Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodiki vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini vurğulayıb.

Seminarda çıxış edən ADU-nun Çin dili üzrə müəllimi Könül Abbasova, həmçinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri “Çində dil vəziyyəti”, “Çin dilinin dialekti”, “Tarixi və heroqlif yazının inkişafı” haqqında məlumat veriblər. Çin dilinin BMT-nin rəsmi dillərindən biri kimi işləndiyi söylənilərək Çinin qədim alimi Szan Szenin xatirəsinə Beynəlxalq Çin dili Gününün müəyyən edilməsi barədə də danışıblar. 

Son xəbərlər

Orphus sistemi