Yuxarı

ADU-da Avstriya Mübadilə Xidməti fəaliyyətə başlayıb

Azərbaycanla Avstriya arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidov Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri Stefan Zottini qəbul edib. 

ADU-dan "Report"a verilən məlumata görə, görüşdə Səməd Seyidov Avstriya ilə Azərbaycan Dillər Universiteti arasında olan əlaqələrin xüsusi tarixi olduğunu vurğulayıb. Rektor 12-13 il əvvəl universitetdə Avstriya Mədəniyyət Mərkəzinin açıldığını xatırladıb. O, məhz bu mərkəzin əsasında Avstriya kitabxanasının açıldığını və həmin mərkəzin fəaliyyəti nəticəsində tələbələrin Avstriyaya təhsil almağa göndərildiklərini bildirib. Rektor həmçinin ötən ilin statistikasına əsasən yalnız 400 nəfər azərbaycanlı tələbənin Avsrtiyada müəyyən müxtəlif kurslarda iştirak etdiklərini və onların əksəriyyətinin də universitet vasitəsilə göndərildiklərini qonağın diqqətinə çatdırın. 

Stefan Zotti isə öz növbəsində deyib ki, Azərbaycanda təhsil alan avstriyalı tələbələrin sayı azdır. O, Avstriya ilə Azərbaycan arasında əlaqələrin yalnız iqtisadi yox, həm də akademik səviyyədə olmasını istədiyini sözlərinə əlavə edib.

Görüşdən sonra ADU-nun nəzdində OeAD informasiya mərkəzinin yaradılmasına və fəaliyyətinə dair Səməd Seyidov və Stefan Zotti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Dillər Universitetinin nəzdində Avstriya Mübadilə Xidməti (OeAD - Österreichischer Austauschdienst) fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi