​ADU-da “Adsız mələk” adlı tədbir keçirilib

​ADU-da “Adsız mələk” adlı tədbir keçirilib Tələbə qızlar rektor Səməd Seyidovun təşəkkürünə layiq görülüblər
Elm və təhsil
6 Mart , 2015 05:12
​ADU-da “Adsız mələk” adlı tədbir keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 225 a qrup tələbəsi Şəms Əsgərlinin təşkilatçılığı ilə "8 mart-Beynəlxalq Qadınlar günü"nə həsr olunan "Adsız mələk" adlı tədbir keçirilib. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Tədbirdə Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbələri Nərmin Seyidova və Lalə Məmmədzadə "Mələk" türk mahnısını, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Adnan Süleymanova "Pretty woman" mahnısını ifa ediblər. Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbələri Gözəl Həsənli "Ana" şeirini söyləyib, Amil Eldarov özünün müəllifi olduğu repi səsləndirib, Elnura İgidova və Müjqan Məmmədova ingilis dilində mahnı ifa ediblər.

"8 mart-Beynəlxalq Qadınlar günü"ndə sevdiklərini sevindirmək üçün hədiyyə seçimindəki tərəddüdlərin əks olunduğu səhnəcik göstərilib.

"Ana müqəddəsdir" və "Qadına qarşı zorakılığa yox deyək" adlı videoçarx nümayiş olunub.

ADU-nun "Dalğa" rəqs qrupu "Ağ çiçəyim" adlı rəqslərini nümayiş etdiriblər.

Digər tələbələr yerli və xarici mahnılar oxudular, rəqslər təqdim etdilər, həmçinin oğlan tələbələri universitetin xanımlarını "Bakı qızları" mahnısı ilə təbrik ediblər.

Tədbirdə universitetdə çalışan xanım əməkdaşları, o cümlədən tələbə qızlar universitetin ictimai həyatında göstərdikləri fəallığa görə universitetin rektoru Səməd Seyidovun təşəkkürünə layiq görülüblər, ADU Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı tərəfindən pul mükafatı ilə təltif olunublar. 

Son xəbərlər

Orphus sistemi