Yuxarı

​ADNSU-ya yeni prorektor təyin edilib

Energetika fakültəsinin müəllimi Ata Babayev prorektor vəzifəsinə təyinat alıb

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tərbiyə İşləri üzrə prorektor vəzifəsinə təyinat olub. 

Bu barədə “Report”a ADNSU-dan məlumat verilib. 

Bildirilib ki, universitetin Energetika fakültəsinin müəllimi Ata Babayev prorektor vəzifəsinə təyinat alıb. Bununla əlaqədar ADNSU-nun rektoru, professor Mustafa Babanlı, eləcə də prorektor, dekan və kafedra müdirlərinin iştirakı ilə təqdimat keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi