ADNSU-nun üç ixtisası Avropa Standartlarına uyğun ixtisas kimi akkreditasiyadan keçib

ADNSU-nun üç ixtisası Avropa Standartlarına uyğun ixtisas kimi akkreditasiyadan keçib Bununla bağlı qərar Təhsil Proqramları üzrə Akreditasiya Agentliyi və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi tərəfindən verilib
Elm və təhsil
24 Yanvar , 2017 15:34
ADNSU-nun üç ixtisası Avropa Standartlarına uyğun ixtisas kimi akkreditasiyadan keçib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris olunan üç ixtisas-bakalavr səviyyəsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura səviyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub.

Bu barədə “Report”a universitetdən məlumat verilib.

Bildirilib ki, bununla bağlı qərar yanvarın 16-da Almaniyanın Təhsil Proqramları üzrə Akreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib.

ADNSU-da tədris olunan bu üç ixtisasın Avropa Standartlarına uyğun sayılaraq akkreditasiya olunması Azərbaycan Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması” 516678 TEMPUS-1-2011-DE-TEMPUS – JPCR layihəsi çərçivəsində aparılmış işi sayəsində mümkün olub.

Son xəbərlər

Orphus sistemi