ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? - AÇIQLAMA

ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? - AÇIQLAMA Azərbaycan Universitetləri facebook səhifəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr 4-cü kurs və magistr 2-ci kurs tələbələrinə iyun ayı üçün təqaüdlərin verilməyəcəyi barədə məlumat paylaşıb.
Elm və təhsil
24 İyun , 2019 10:48
ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? - AÇIQLAMA

"Azərbaycan Universitetləri" facebook səhifəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr 4-cü kurs və magistr 2-ci kurs tələbələrinə iyun ayı üçün təqaüdlərin verilməyəcəyi barədə məlumat paylaşıb.

Məsələ ilə bağlı universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yazılanlar cəfəngiyyatdır.

“Hansı əsasla yazdıqları bəlli deyil. Hər il olduğu kimi istər bakalavr 4-cü kurs, istər magistr 2-ci kurs tələbələri təqaüdlərini tam şəkildə alacaqlar. Yazılanlar tamamilə yanlışdır”, - deyə, qurum rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi