Yuxarı
    Bağlamaq

    ADNSU ilə Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

    Rektor: “Bizim Gürcüstanın Beynəlxaq Qafqaz Univesiteti ilə əməkdaşlıq edə biləcəyimiz sahələr çoxdur
    © courtesy image

    Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gürcüstanın Beynəlxaq Qafqaz Universitetinin rektoru və Universitet Rektorları Beynəlxalq Assosiasiyasının prezidentı Kaxa Şengelia ilə görüş keçirilib. 

    ADNSU-dan "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində genişlənən əməkdaşlıq, eləcə də yeniliklərin tətbiqi məsələləri müzakirə olunub. ADNSU-da həyata keçirilən yeniliklər və tədris prosesi haqqında qonağa geniş məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanla Gürcüstan arasında təhsil əlaqələrini genişləndirmək, Gürcüstanda olan təhsillə əlaqəli yenilikləri ölkəmizdə tətbiq etmək və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinin əhəmiyyətini qeyd edib.

    “Bizim Gürcüstanın Beynəlxaq Qafqaz Univesiteti ilə əməkdaşlıq edə biləcəyimiz sahələr çoxdur. Biz bir çox sahələrdə birgə layihələr hazırlaya bilərik. Qafqaz Universitetinin bu sahədə kifayət qədər təcürbəsi var” - ADNSU-nun rektoru, professor M.Babanlı deyib.

    Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verən Gürcüstanın Qafqaz Univeritetinin rektoru K.Şengelia Azərbaycanla Gürcüstanın artan əməkdaşlıq istiqamətləri içərisində təhsilin xüsusi yer tutduğunu qeyd edib. Rektor bildirib ki, bu əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Gürcüstan ali məktəblərində tətbiq olunan yeniliklərdən söz açan rektor K.Şengelia öz təcrübələrindən və tədrisdə tətbiq olunan innovativ layihələrədn danışıb.

    Tədbirdə univeritetlərin tanıdılması istiqamətində layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söz açılıb. Həmçinin, dünyanın 100-dən çox universitetinin qoşulduğu Universitet Rektorları Beynəlxalq Assosiasiyasının növbəti iclasının 2018-ci ildə Azərbaycanda keçirilməsi müzakirə olunub.

    Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi