ADNSU ilə Dağıstan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq üzrə razılıq əldə olunub

ADNSU ilə Dağıstan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq üzrə razılıq əldə olunub ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Elm və təhsil
13 Dekabr , 2016 19:23
ADNSU ilə Dağıstan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq üzrə razılıq əldə olunub

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

ADNSU-dan "Report"a verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnun qaldığını bildirən rektor, professor Mustafa Babanlı iki universitet arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməli olduğunu qeyd edib.

Rektor M.Babanlı universitetdə görülən işlər barədə nümayəndə heyətinə geniş məlumat verib.

Dağıstan Dövlət Texniki Universitetinin Neft-qaz fakültəsinin dekanı, dosent Milada Maqomedovaya Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən rektor Mustafa Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı əldə etdiyini söyləyib.

Səmimi qəbula görə təşəkkür edən M.Maqomedova uzun zamandır ADNSU-ya gəlmək istədiklərini söyləyib. ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə tanış olduqlarını qeyd edən qonaqlar universitetetdəki təhsil mühitini bəyəndiklərini bildiriblər.

Sonda tərəflər arasında əməkdaşlıq üzrə plan hazırlanması və bu plan üzrə birgə fəaliyyət göstərmək barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi