ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü qeyd olunub.
Elm və təhsil
18 İyul , 2019 17:15
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü qeyd olunub. 

"Report" xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. 

Rektor media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib.

ADNSU-da görülən işlərdən, elm və təhsildə həyata keçirilən islahatlardan, həmçinin qazanılan nailiyyətlərdən və gerçəkləşdirilən layihələrdən söz açan M.Babanlı görülən bütün bu işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. 

Ali təhsil müəssisəsində yaradılan şəffaf tədris mühiti barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman onlara dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən media nümayəndələri universitetdə görülən işlər və aparılan islahatların təhsil müəssisəsinin keçmiş nüfuzunu bərpa etdiyini və cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırdığını qeyd ediblər. 

Media nümayəndələri ADNSU-nun fəaliyyətinin cəmiyyətə çatdırılmasında hər zaman yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıb və universitetlə media arasındakı əlaqələrin əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi