ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb Sonda ən yüksək nəticə göstərən şagirdlər fəxri fərmanla təltif olunublar
Elm və təhsil
14 Aprel , 2017 19:14
ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün Riyaziyyat, Fizika, Kimya və İnformatika fənn olimpiadalarının yekun mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Universitetdən "Report"a verilən məlumata görə, fənn olimpiadasının gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirildiyini bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı olimpiadanın 1989-cu ildən sonra yenidən keçirilməsini böyük uğur kimi qiymətləndirib. 

Olimpiadada birinci yeri tutan tələbələrin gələcəkdə mükafat aldıqları ixtisas üzrə ADNSU-ya qəbul olunacaqları təqdirdə 100 manat təqaüd alacaqlarını deyən rektor M.Babanlı abituriyentlərə universitet haqqında geniş məlumat verib. 

Tədbir iştirakçılarına ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən M.Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq şansının olduğunu qeyd edib. ADNSU-da fəaliyyət göstərən çoxsaylı dərnək və klublar haqqında danışan professor Mustafa Babanlı tələbələrin məzun olduqdan sonra işlə təmin olunması üçün universitet daxilində gündəlik təcrübə proqramı, Karyera Sərgisi kimi layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

Olimpiadanın baş tutmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirən rektor gələcəkdə bu cür olimpiadaların respublika səviyyəsində keçiriləcəyini qeyd edib.

Sonda ən yüksək nəticə göstərən şagirdlər fəxri fərmanla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi