Yuxarı

Rektor: "ADNSU-da 8 ildir təhsil alan 7 tələbə vardı, onlardan 3-ü 9-cu ilə keçdi"

ADNSU-da 8 ildir təhsil alan 7 tələbə var, onlardan 3-ü 9-cu ilə keçdi

“Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirməli olan 2 826 tələbədən 2416-sı məzun oldu, 410 nəfər isə təhsilini tamamlaya bilmədi”.

“Report” xəbər verir ki, bunu ADNSU-nun rektoru Mustafa Babanlı deyib.

O vurğulayıb ki, bu hal rektor kimi onu məyus etməyib: “Bu məsələ, bəlkə də, məni məyus etməli idi. Ancaq əksinə, sevinirəm ki, həmin insanlar diplom almağa layiq olmadıqlarını başa düşdülər. Həm də ona sevinirəm ki, 8-ci ildir təhsilini başa vura bilməyən 7 nəfərdən 4-ü bu il məzun olub. Yerdə qalan 3 nəfər isə 9-cu ilə keçdi”.

Bundan sonra da Universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam edəcəyini deyən rektor bildirib ki, riyaziyyat və fizika yönümlü dərslər artacaq: “Universitet elə bir səviyyəyə gəlib çatacaq ki, buradan çıxan məzunlar cəmiyyətdə böyük nüfuz qazanacaqlar. Bu il Universitetin magistraturasına daxil olan tələbələrin 73 faizi məhz ADNSU-nun məzunudur. Bu rəqəm heç vaxt 50%-dən artıq olmurdu. Adətən, başqa universitetlərin tələbələri daha yüksək bal toplayaraq bizə gəlirdi. Magistraturaya 574 nəfər birbaşa qəbul oldu ki, bunun da 83%-i ödənişsiz əsaslarla təhsilini davam etdirəcək. 2019-2020-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 3065 plan yeri sifariş vermişdik. Halbuki 2014-2015-ci tədris ilində bu say 1600 nəfər idi. ADNSU-nun ikinci ali təhsilində 738 tələbə var. Bu il də 300-350 nəfər qəbul nəzərdə tutulub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi