ADNSU-da 8 alimin professor-məsləhətçi vəzifəsinə namizədliyi irəli sürülüb - SİYAHI

ADNSU-da 8 alimin professor-məsləhətçi vəzifəsinə namizədliyi irəli sürülüb - SİYAHI Görkəmli alimlərin elmi fəaliyyətindəki yüksək göstəricilər nəzərə alınıb
Elm və təhsil
24 Fevral , 2016 16:57
ADNSU-da 8 alimin professor-məsləhətçi vəzifəsinə namizədliyi irəli sürülüb - SİYAHI

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının yığıncağı keçirilib. ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığıncaqda 8 nəfər alimin professor-məsləhətçi vəzifəsinə namizədliyi irəli sürülüb. 

Görkəmli alimlərin elmi fəaliyyətindəki yüksək göstəricilər nəzərə alınıb. Belə ki, professor-məsləhətçi vəzifəsinə iddiaçılar siyahısında ADNSU-nun Qaz-neft mədən fakültəsinin professoru, əməkdar elm xadimi, "Şöhrət" ordeni ilə təltif edilmiş Zaur Əhmədov, Geoloji kəşfiyyat fakültəsinin professoru, akademik Rərviz Məmmədov, həmin fakültənin professoru Çingiz Xəlifəzadə, Energetika fakültəsinin professoru, "Tərəqqi" medalı ilə təltif olunmuş əməkdar müəllim Arif Kərimov, Neft-mexanika fakültəsinin professoru Sabir Babayev, İnformasiya texnologiyaları və İdaretmə fakültəsinin professoru "Şöhrət" ordeni ilə təltif olunmuş Nadir Fərzanə və SSRİ dövlət mükafatı, "Tərəqqi" medalı ilə təltif olunmuş professor İsrayıl Əfəndiyevin adları var. 

Son xəbərlər

Orphus sistemi