ADİU tələbələrini 3 həftəlik Londona göndərir

ADİU tələbələrini 3 həftəlik Londona göndərir Yay Məktəbində iştirak edən tələbələr London Universitetinin tədris mühitinə daha sıx inteqrasiya olunacaqlar
Elm və təhsil
13 İyul , 2015 19:47
ADİU tələbələrini 3 həftəlik Londona göndərir

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə London Universitetinin (London School of Economics) birgə proqramında iştirak edəcək tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda 3 həftəlik Yay Məktəbində iştirak etmək şansını əldə edə biləcəklər. Bu barədə "Report"a ADİU-dan məlumat verilib.

Yay Məktəbində iştirak edən tələbələr London Universitetinin tədris mühitinə daha sıx inteqrasiya olunacaqlar. Bununla yanaşı, analoji proqram üzrə təhsil alan tələbələrlə real ünsiyyət imkanı yaradılacaq. Həmçinin tələbələr London Universitetinin tədris infrastrukturundan daha çox faydalana biləcəklər.

Son xəbərlər

Orphus sistemi