ADA Universitetinin məzunları assosiasiya yaradırlar

ADA Universitetinin məzunları assosiasiya yaradırlar ADA Universitetinin məzunları assosiasiya yaradırlar.
Elm və təhsil
4 İyul , 2019 14:28
ADA Universitetinin məzunları assosiasiya yaradırlar

ADA Universitetinin məzunları assosiasiya yaradırlar. 

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, iyulun 5-6-da ADA Universiteti Məzunları Forumu keçiriləcək.

İkigünlük forumun yekununda ADA Universiteti məzunlarının yaratdığı assosiasiya elan olunacaq. 

Forum “Industry 4.0: Going Digital” - müasir dövrdə rəqəmsallaşmanın yerli və beynəlxalq idarəetmə, diplomatiya, insan kapitalının inkişafı, iqtisadi artıma təsirini araşdıran müzakirə panellərindən ibarət olacaq. 

Panellərin hər biri mövzulara uyğun olaraq müvafiq hökumət, fərdi, qeyri-hökumət sektorları və bu ixtisas üzrə ADA Universiteti məzununun çıxışlarını və birgə müzakirəsini daxil edəcək. 

ADA Universiteti Məzunları Forumunun məqsədi davamlı maarifləndirmə, innovativ yanaşma, şəbəkələşmə və yeni əməkdaşlıqlar üçün platforma yaratmaqdır. İngilis dilində təhsil verən dövlət ali təhsil müəssisəsi olaraq ADA Universiteti təsis olunandan bəri bakalavr və magistr proqramları üzrə 1300 nəfərədən çox məzun buraxıb. Bunların arasında 44 müxtəlif ölkəni təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi