"ADA" Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb

"ADA" Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb Bakı. 30 iyun. REPORT.AZ/ ADA Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb.
Elm və təhsil
30 İyun , 2018 03:26
ADA Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ "ADA" Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki həftəlik təlim proqramı geniş beynəlxalq iştirakçı qrupu cəlb edib - Avropa, Asiya və Amerika qitəsindən proqrama qatılan gənclər hazırda ali təhsillərinin müxtəlif pillələrindədirlər.

IV Yay Məktəbinin açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə vurğulayıb ki, mütəmadi keçirilən Avropa İttifaqı üzrə Yay Məktəbi gəncləri bu beynəlxalq qurumla bağlı maarifləndirir. İnteraktiv şəkildə qurulan dərslər zamanı onlar həm də dünyanın bu vacib bölgəsinin beynəlxalq siyasətinə dair öz fikirlərini töhfə edə bilirlər. Yay Məktəbi üçün məhz Azərbaycandakı ADA Universitetinin seçilməsi təsadüfi deyil - qitələrin geostrateji kəsişməsində yerləşən ölkəmizdə Avropa İttifaqında cərəyan edən hadisələri izləyir, onların bilavasitə iştirakçısı oluruq.

Yay Məktəbinin təlim proqramı bu dəfə "Avropa İttifaqı xarici siyasəti geosiyasi kontekstdə" mövzusuna həsr olunub. İştirakçılar bu günlərdə xarici siyasətə aidiyyatı olan Avropa İttifaqı təsisatları, onların qərar qəbuletmə mexanizmləri ilə yaxından tanış olmaqla yanaşı, hazırda Avropa İttifaqı cəmiyyətinin gündəmində duran vacib ictimai məsələlər ətrafında fikir mübadiləsi aparır, bu məsələlərin tarixi köklərini araşdırırlar.

ADA Universiteti ASAN Radio 100 FM dalğasında Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr edilən həftəlik “AvropadASAN” proqramı yayımlayır.

Son xəbərlər

Orphus sistemi